Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi.
== Məzmun ==
Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir...
== Festivallar və mükafatlar ==
1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı
Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir.
== Film haqqında ==
Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır.
Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir.
Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Əsərin müəllifi : Nazim Hikmət
Ssenari müəllifi : Leonid Aqranoviç
Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos
Quruluşçu operator : Rasim İsmayılov
Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov
Bəstəkar : Fikrət Əmirov
Səs operatoru : İqor Popov
Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi)
Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev
Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva
Qrim edən : Telman Yunusov
Montaj edən : A. Filimonova
Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi)
Redaktor : Nataliya Şneyer
Filmin direktoru : S. Bəyazov
Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri
Dirijor : Nazim Rzayev
=== Rollarda ===
Vladimir Koval-Əhməd
Oleq Xabalov-İsmayıl
Nelli Zinovyeva-Annuşka
Murad Məlikov-Kərim
Kseniya Minina-Marusya
M. Qasımbəyov-Si Ya-u
Ağasadıq Gəraybəyli-Şükrü bəy
Bəşir Səfəroğlu-Ziya
Valentin Qrudinin-Qolçomaq
Abbas Rzayev - Kəndli
Məleykə Ağazadə-Şükrü bəyin arvadı
Yusif Yulduz-Naməlum adam
Abşeron Adıgözəlov
Jenya Aleksandrov
Əliheydər Həsənzadə-Türk qəzet alan
=== Filmi səsləndirənlər ===
Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur)
Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur)
Sadıq Hüseynov (titrlərdə yoxdur)
Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur)
Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur)
Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur)
Əzizağa Qasımov (titrlərdə yoxdur)
== İstinadlar ==
== Mənbə ==
Газета "Советская культура", 5 августа 1967 г.
Zeynalov, N. “Yaşamaq gözəldir, qardaşım!” //Kino yenilikləri.- 1967.- 11-20 sentyabr.